Vətən müharibəsi veteranı: “Bu seçki parlamentarizm tariximizə əbədi yazılacaq”
O, sentyabrın 1-də baş tutacaq seçkilərə xüsusi önəm verdiyini bildirib, budəfəki seçkinin parlamentarizm və dövlətçilik tariximizə əbədi yazılacağına inamını ifadə edib:
“Şəxsən mən Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş biri kimi bu günü çoxdan gözləyirdim. Artıq işğaldan azad olunmuş torpaqlarımızda keçiriləcək seçkilərdə yerli sakinlər rahatlıqla öz namizədlərinə səs verə biləcəklər. Biz hazırda tarixi günlərə şahidlik edirik və çox xoşbəxtik ki, Şuşada, Xankəndidə ikinci yadda qalan seçki prosesi baş tutur. Kəlbəcər, Xankəndi, Laçın, Ağdam artıq öz sakinlərini qəbul edir. Bu rayonların sakinləri hansısa rayonda deyil, artıq öz doğma rayonlarında keçiriləcək səsvermə prosesində iştirak edəcəklər”.
AzVision.az
Teqlər: Seçki