Vəkillər Kollegiyasının üzvü: “Budəfəki seçkilər milli parlamentarizm tarixinə düşəcək”

   Vəkillər Kollegiyasının üzvü:    “Budəfəki seçkilər milli parlamentarizm tarixinə düşəcək”
  27 Avqust 2024    Oxunub:786
“Milli Məclisə budəfəki seçkilər milli parlamentarizm tarixinə düşəcək. Çünki ilk dəfə olaraq keçmiş məcburi köçkünlər səsvermə hüquqlarından öz doğma torpaqlarında istifadə edərək deputat seçəcəklər. Qarabağda, ümumiyyətlə işğaldan azad olunmuş ərazilərdə ilk dəfə parlament seçkilərinin keçirilməsi həqiqətən də tarixi hadisədir”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının, Vəkillərin İntizam Komissiyasının üzvü Elvin Əliyev deyib.

O deyib ki, Azərbaycanın demokratik seçki keçirmək təcrübəsi var. Elvin Əliyev xatırladıb ki, seçki hüququ vətəndaşların dövlət orqanlarının təşkilinə təsirini ifadə edən, dövlət hakimiyyətini legitimləşdirən əsas siyasi hüquqlar sırasındadır: “Parlament seçkiləri ərəfəsində seçki kampaniyasının uğurlu olmasını təmin edə biləcək ictimai-siyasi vəziyyət mövcuddur. Bildiyiniz kimi, 18 yaşına çatmış və fəaliyyət qabiliyyəti olan vətəndaşların hamısı seçki hüququna malikdirlər. Əminəm ki, Milli Məlisə budəfəki - tarixi seçkilərdə 18 yaşlı gənclərdən tutmuş ahıllara qədər hər kəs fəallıq nümayiş etdirəcək”.

AzVision.az



Teqlər: Seçki  





Xəbər lenti