Skyscanner: "Bakı hindistanlı turistlərin üstünlük verdikləri şəhərlərdəndir"
Hesabatda bildirilir ki, Hindistandan Bakıya aviareyslərin qiymətlərində də 22% ucuzlaşma qeydə alınıb və bu, Bakını hindistanlı turistlər üçün əlçatan istiqamətlərdən birinə çevirir.
Həmçinin hesabata görə, hindistanlı səyahətçilərin 86%-i bu il 2023-cü illə müqayisədə eyni sayda və ya daha çox xaricə səyahət etməyi, 63%-i səyahətə ötən ildən daha çox büdcə ayırmağı planlaşdırır. Onların 43%-i destinasiyanın cəlbediciliyini və atmosferini mühüm amil kimi qiymətləndirirlər. Səyahət zamanı ediləcək ən məşhur fəaliyyətlərə gəldikdə isə alış-veriş (49%), tarixi turlar (45%) və yerli yeməklərin dadına baxmaq (38%) prioritetdir.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 139 109 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 151% artımdır.
AzVision.az
Teqlər: Azərbaycan Hindistan turizm