Şimal və Qərb bölgəsində səsvermə seçici fəallığı şəraitində keçirilir
Şəki-Zaqatala bölgəsində də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərə start verilib. Səhər saat 8.00-dan etibarən bölgəyə daxil olan Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında fəaliyyət göstərən 8 seçki dairəsinin 439 seçki məntəqəsi qapılarını seçicilərin üzünə açıb.
Səsvermənin şəffaf və demokratik keçməsi üçün bütün seçki məntəqələrində lazımi şərait yaradılıb, məntəqələr zəruri avadanlıq və texniki vasitələrlə, o cümlədən etibarlı rabitə sistemi və elektrik generatorları ilə təmin olunub. Bu dairələr üzrə seçkilərin gedişini 6 min 815 nəfər yerli müşahidəçi, həmçinin beynəlxalq təşkilatların nümayəndələri izləyirlər.
AzVision.az
Teqlər: