Hikmət Hacıyev: “Ermənistan Səddam Hüseyn dövründə İraqın olduğu vəziyyətdədir”

      Hikmət Hacıyev:    “Ermənistan Səddam Hüseyn dövründə İraqın olduğu vəziyyətdədir”
  01 Sentyabr 2024    Oxunub:1918
Azərbaycan heç vaxt işğalçı ölkə olmayıb. Həmişə beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edən Azərbaycan qonşu dövlətlərlə münasibətlərdə bu meyarı rəhbər tutub. İşğalçı ölkə isə Ermənistan idi.
xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İkinci Dünya Müharibəsindən sonra beynəlxalq münasibətlər sisteminə diqqət yetirdikdə çox az sayda işğalçı və təcavüzkar dövlətlərin arasında Ermənistanın da olduğunu vurğulayıb.

Hikmət Hacıyev İraq-Küveyt müharibəsindən sonra İraq Silahlı Qüvvələrinin inkişafı ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edildiyini xatırladıb.

“Biz hesab edirik ki, Ermənistan Silahlı Qüvvələrinə də oxşar proporsional məhdudiyyətlər tətbiq olunmalıdır”, - Azərbaycan Prezidentinin köməkçisi tarixi parallelər aparıb.

O, həmçinin Ermənistanın baş nazirinin Minsk qrupunun ləğvi ilə bağlı verdiyi şərhdə yenə yalanlara və təhriflərə əl atdığını bildirib.

- Minsk qrupunun ləğvinin vaxtı çoxdan çatıb, artıq buna ehtiyac yoxdur. Ermənistanın bu qurumu gündəmdə saxlaması və bu istiqamətdə səylərini davam etdirməsi onu deməyə əsas verir ki, İrəvan qərbli havadarları ilə birlikdə hələ də yarımçıq münaqişə görüntüsü yaratmağa, müəyyən təsir vasitələrini əlində saxlamağa çalışır”, - Azərbaycanın dövlət rəsmisi İrəvanın və onun havadarlarının destruktiv siyasətini ifşa edib.

Hikmət Hacıyev Ermənistan və Azərbaycan Konstitusiyalarını müqayisə edən Nikol Paşinyanın əslində siyasi möhtəkirliklə məşğul olduğunu sübuta yetirib. Çünki Ermənistan Konstitusiyasında Azərbaycana qarşı açıq-aşkar ərazi iddiaları ehtiva olunduğu halda, Azərbaycanın Əsas Qanununda nəinki Ermənistana, ümumiyyətlə heç bir ölkəyə qarşı belə iddia yoxdur.

“Ermənistan Konstitusiyasında müstəqillik aktına uyğun olaraq hələ də Azərbaycana qarşı ərazi iddialarını, yəni Qarabağın Ermənistana birləşdirilməsini ehtiva edən bənd var. Bu dəyişdirilmədikcə, biz iki dövlət arasında sülh müqaviləsinin əldə olunmasında ciddi problemlər görürük. Ermənistan cəmiyyətinin özü isə Konstitusiyanı dəyişməklə, məhz bu məqamı, bu istinadı ondan çıxarmaqla sülh şəraitində yaşamaq istəyini nümayiş etdirməlidir.
Azərbaycan Konstitusiyasında heç bir dövlətə ərazi iddiası olmayıb və bu, Azərbaycan xalqının haqlı iradəsini əks etdirən sənəddir. Biz bu müqayisəni söz oyunu kimi qiymətləndiririk. Ona görə də biz Ermənistanın baş nazirinə və siyasi rəhbərliyinə real sülh gündəminin təşviqi üçün addımlar atmağı, region dövlətlərinin iştirakı ilə sülh gündəmini dəstəkləməyi tövsiyə edirik”,
- Azərbaycan Prezidentinin köməkçisi İrəvanı konstruktiv mövqe tutmağa çağırıb.
AzVision.az




Teqlər: Azərbaycan   Ermənistan  





Xəbər lenti