FHN-in xilasediciləri Xırdalanda intihar hadisəsinin qarşısını alıb

FHN-in xilasediciləri Xırdalanda intihar hadisəsinin qarşısını alıb
  02 Sentyabr 2024    Oxunub:1023
Bu gün Xırdalanda axşam saatlarında intihara cəhd hadisəsi olub.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə FHN mətbuat xidməti məlumat yayıb.

Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseyinzadə küçəsində eyvana çıxaraq intihara cəhd edib.

Bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər.

Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1980-cı il təvəllüdlü Eldəniz Babazadə onsəkkizmərtəbəli binanın 18-ci mərtəbəsində eyvana çıxaraq intihara cəhd edir.

Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində E.Babazadə intihar etmək niyyətindən çəkinib və o, xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

AzVision.az



Teqlər:





Xəbər lenti