Bu il Laçın və Füzulidə “Smart DOST” məntəqələri yaradılacaq

Bu il Laçın və Füzulidə “Smart DOST” məntəqələri yaradılacaq
  05 Sentyabr 2024    Oxunub:892
Bu il Laçın və Füzuli şəhərlərində “Smart DOST” məntəqələri yaradılacaq.
Bu barədə AzVision.az -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu istiqamətdə hazırlıq işləri aparılır: "Bundan əvvəl 2022-ci ilin may ayında Zəngilan rayonunun Ağalı kəndində ilk “Smart DOST” məntəqəsi açılıb".

Qeyd edək ki, “Smart DOST” sistemi ilə vətəndaşlar əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahəsində onlayn formada 100-dən çox xidmətdən şəffaf, rahat və əlçatan şəkildə faydalana bilər.

AzVision.az



Teqlər:





Xəbər lenti