Konqonun yeni səfiri Prezidentin qəbulunda

Konqonun yeni səfiri Prezidentin qəbulunda
  31 Oktyabr 2024    Oxunub:323
Prezident İlham Əliyev oktyabrın 31-də Konqo Demokratik Respublikasının Azərbaycana yeni təyin olunan səfiri İvan Vanqu Nqimbinin etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı ikitərəfli münasibətlərimizə müxtəlif istiqamətlərdə yeni təkan verilməsinin zəruriliyini qeyd edərək, siyasi əlaqələrin yaxşı səviyyəyə çatdığını, ticarət və iqtisadi sahələrdə isə görüləsi çox işlərin olduğunu deyib.

İlham Əliyev beynəlxalq təşkilatlar, ilk növbədə BMT və Qoşulmama Hərəkatı çərçivəsində bu günə qədər ölkələr arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğuladı və bunun gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Səfir ilk növbədə Konqo Demokratik Respublikasının Prezidenti Feliks Çisekedinin salamlarını və Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi ilə bağlı təbriklərini dövlət başçısına çatdırıb.

Prezident salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Konqo dövlətinin başçısına çatdırmağı xahiş edib. Səfir Azərbaycan ilə Konqo arasında təhsil, bank, maliyyə, mədənçilik, təhlükəsizlik sektorlarında və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunub.

COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran səfir Konqo Demokratik Respublikasının Prezidentinin bu tədbirdə iştirak edəcəyini vurğulayıb. Prezident İlham Əliyev Konqo Prezidentinin COP29 tə

AzVision.az



Teqlər:





Xəbər lenti