Vaşinqton: “Üçüncü ölkələr Ukraynaya girə bilər”

   Vaşinqton: “Üçüncü ölkələr Ukraynaya girə bilər”
  31 Oktyabr 2024    Oxunub:285
Rusiyanın Şimal Koreya hərbçilərini Ukrayna müharibəsinə cəlb etməsi barədə son günlər yayılna xəbərlər fonunda Vaşinqton digər ölkələrin də Ukraynaya daxil ola bilməsi ehtimalını gündəmə gətirib.
AzVision.az xəbər verir ki, ABŞ-nin Müdafiə naziri Lloyd Ostin münaqişə zonasında Şimali Koreya hərbçilərinin olması ehtimalı qarşılığında Ukraynadakı münaqişədə üçüncü ölkələrin hərbçilərinin Kiyevin tərəfində birbaşa iştirakını istisna etməyib.

“Bəli, bu məqam başqalarını da hərəkətə keçməyə, fərqli hərəkətlərə ruhlandıra bilər. Gözlənilə bilən konkret hərəkətlər barədə spekulyasiya etmək istəmirəm. Amma Qərbin bu istiqamətdə davam edən səylərinə baxmayaraq, ABŞ KXDR ordusunun münaqişə zonasında yerləşməsinə mane ola bilməz”, - Lloyd Ostin Şimali Koreya kimi digər ölkələrin də münaqişə bölgəsinə qoşunlar göndərə bilməsi barədə jurnalistlərin sualına belə cavab verib.

ABŞ Pekinin Pxenyana təzyiq göstərməsini istəyir
Qeyd edək ki, bundan əvvəl Vaşinqton Çini Şimali Koreya qoşunlarının Rusiyaya göndərilməsi ilə bağlı vəziyyətə müdaxilə etməyə və Pxenyanın öz əsgərlərini daimi dislokasiya yerlərinə qaytarmasını təmin etməyə çağırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   Rusiya   KXDR  





Xəbər lenti