COP29-da ehtiyac yarandığı təqdirdə xəstə helikopterlə daşına bilər

   COP29-da ehtiyac yarandığı təqdirdə xəstə helikopterlə daşına bilər
  30 Oktyabr 2024    Oxunub:279
“COP29 konfransı çərçivəsində həyata keçirilən tibbi tədbirlər ölkəmizin qonaqlar üçün təhlükəsiz bir mühit təmin etmək öhdəliyini əks etdirir. Bu, təkcə konfrans iştirakçılarının deyil, eyni zamanda, cəmiyyətimizin sağlamlığının qorunması baxımından əhəmiyyətlidir”.
AzVision.az xəbər verir ki, bu sözləri səhiyyə nazirinin müavini Nadir Zeynalov bu gün keçirilən “COP29 konfransı çərçivəsində tibbi xidmətlərin təşkili”nə dair brifinqdə söyləyib. Onun sözlərinə görə, COP29 zamanı ehtiyac yarandığı təqdirdə xəstə helikopterlə də daşına bilər:

“Yeni Klinikada helikopter xidməti var. Həmçinin Kliniki Tibbi Mərkəzin ərazisində helikopterin enməsi üçün yer mövcuddur. Əgər helikopterlə daşınacaq xəstə olarsa, TƏBİB, Azərbaycan Hava Yolları və Fövqəladə Hallar Nazirliyi paralel şəkildə işləyəcək. Xəstənin son təyinat yerinə qədər çatdırılması xidmətini həyata keçirə biləcəyik”, - deyə o bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti