“Atəşgah məbədi”i UNESCO-nun İrs Siyahısına daxil edilə bilər

   “Atəşgah məbədi”i UNESCO-nun İrs Siyahısına daxil edilə bilər
  02 Noyabr 2024    Oxunub:305
“Atəşgah məbədi” abidəsinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün işlərə başlanılıb.
Bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb. Bu məqsədilə nominasiya sənədi hazırlanacaq.

Qeyd edək ki, hazırda “Atəşgah məbədi” UNESCO-nun müvvəqəti siyahısındadır. Ümumilikdə Azərbaycandan UNESCO-nun Ümumdünya İrs Siyahısında 5 obyekt, müvəqqəti siyahısında isə 10 obyekt var.

“Atəşgah məbədi” Abşeron yarımadasında, Suraxanı rayonunun, Suraxanı kəndi yaxınlığında yerləşir. Məbəd müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilib. "Alov evi" və ya "Alov yeri" anlamı verən bu məbəd XVII–XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilib.

Azərbaycan Prezidentinin sərəncamına əsasən kompleks ətrafında açıq səma altında muzey yaradılıb, kompleks Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib. Hər il muzeyi orta hesabla 145 min nəfər ziyarət edir.

AzVision.az



Teqlər:





Xəbər lenti