"Azəriqaz" İB gücləndirilmiş iş rejimində çalışır

 "Azəriqaz" İB gücləndirilmiş iş rejimində çalışır
  06 Noyabr 2024    Oxunub:769

COP29 tədbiri ilə əlaqədar SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi konfrans keçirilən dövrdə təbii qaz təchizatı ilə bağlı xidmətin yüksək səviyyədə təşkilinin təmin edilməsi, bu istiqamətdə əlavə təhlükəsizlik tədbirlərinin görülməsi məqsədi ilə gücləndirilmiş iş rejiminə keçib.
AzVision.az xəbər verir ki, sessiya keçirilməsi planlaşdırılan ərazilərdə yerləşən istilik qazanxanalarının və digər obyektlərin qaz təchizatının fasiləsiz, təhlükəsiz təmin edilməsi, yeraltı və yerüstü qaz xətlərinə, eləcə də qaz avadanlıqlarına nəzarətin gücləndirilməsi məqsədi ilə cari ayın 01-dən etibarən ayın sonunadək "Azəriqaz" İB-nin İdarəetmə aparatında, Bakı Regional Qazın İstismarı və Bakı Regional Qazın Satışı Departamentlərində, habelə Regional qaz istismarı İdarələrində və Sumqayıt qaz istismarı Sahəsində rəhbər və məsul işçilərdən ibarət növbətçilik təşkil edilib. Sessiya keçiriləcək müddətdə qaz şəbəkəsində qazın təzyiqinin sutkalıq rejimin tələbatına uyğun saxlanılması, mənzillərdə və ictimai-iaşə obyektlərində qaz xətlərinə, qaz avadanlıqlarına növbədənkənar texniki baxışların keçirilməsi üçün gücləndirilmiş iş rejimində tədbirlərin görülməsi təmin edilir.

AzVision.az



Teqlər:





Xəbər lenti