Zimbabve Prezidenti "ASAN xidmət"də

Zimbabve Prezidenti "ASAN xidmət"də
  12 Noyabr 2024    Oxunub:367
​Zimbabve Respublikasının Prezidenti Emmerson Dambudzo Mnanqaqva "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
​Qonaq Bakıda keçirilən “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da iştirak məqsədilə ölkəmizdə səfərdədir.

​Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

​Qonaq “ASAN xidmət” mərkəzinin onda yüksək təəssürat yaratdığını bildirib və bu konsepsiyanın ölkəsində tətbiqi ilə bağlı müvafiq quruma yerində tapşırıq verib.

​Həmçinin qonağa “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar ətraflı məlumat verilib.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti