Azərbaycandan Rusiya və Türkiyəyə səfər edənlərin sayı artıb
Hesabat dövründə Türkiyəyə 874,4 min nəfər (+ 17,2 %), Birləşmiş Ərəb Əmirliklərinə isə 420,1 min nəfər (+36,4 %) sərnişin səfər edib.
Siyahıda daha sonra 198,5 min sərnişinlə (+ 31,4 %) Gürcüstan, 116,1 min sərnişinlə (+ 8,7 %) Səudiyyə Ərəbistanı, 106,6 min sərnişinlə (+ 3,3 dəfə) Hindistan, 95,3 min sərnişinlə (+26,3 %) Qazaxıstan, 65,2 min sərnişinlə (+ 90,5 %) Qətər, 62,3 min sərnişinlə (+ 78,4 %) İtaliya və 49,6 min sərnişinlə (- 19,8 %) Özbəkistan qərarlaşıb.
İlk onluğa Hindistan və Qətərin daxil olması ilə Küveytlə (46,4 min sərnişin, + 13,9 %) İsrail (45,8 min sərnişin, +14,2 %) TOP10-dan çıxıb. Təkcə ötən ilin dekabr ayında isə Azərbaycandan hava nəqliyyatı ilə 262 112 sərnişin daşınıb. Bu, əvvəlki ilin eyni ayı ilə müqayisədə 19,9 % çoxdur.
O cümlədən, ay ərzində Rusiyaya səfər edənlərin sayı 1 il əvvələ nisbətən 11,1 % artaraq 64 min 295 nəfər olub.
AzVision.az
Teqlər: