Fransada müxalifət yanvarın 16-da hökumətə etimadsızlıq səsverməsi tələb edə bilər
Hökumətə etimad göstərməmək üçün müvafiq qətnaməni parlamentin 577 deputatından 289-u dəstəkləməlidir. "Yeni Xalq Cəbhəsi"nin 215 mandatı var və onun demarşı digər partiyaların dəstəyi olmadan uğurlu ola bilməz.
Kokerel sağçı müxalifətin də səsverməyə qoşulacağına ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, Fransua Bayru yanvarın 14-də parlamentdə əsas siyasət vektorlarını açıqlamalıdır. Solçu müxaliflər Baş nazirin siyasi bəyannaməsindən sonra ənənəvi etimad səsverməsinin keçirilməyəcəyi təqdirdə, ona qarşı impiçment prosesinə başlayacaqlarını bildiriblər.
AzVision.az
Teqlər: