Ötən il sərhədi pozduğuna görə saxlanılanların sayı açıqlanıb

Ötən il sərhədi pozduğuna görə saxlanılanların sayı açıqlanıb
  10 Yanvar 2025    Oxunub:330
Ötən il Azərbaycanın dövlət sərhədini pozduqlarına görə 514, sərhəd rejimini pozduqlarına görə isə 10 min 500 nəfər saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2024-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirədə məlumat verilib.

Bildirilib ki, sərhədçilərin sayıqlığı nəticəsində həmçinin axtarışda olan 3 726, saxta sənədlərlə 123, özgəsinə məxsus sənədlə 10, dövlət sərhədindən buraxılış məntəqələrindən gizli şəkildə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti