FT: “Tramp Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər”

      FT:    “Tramp Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər”
  10 Yanvar 2025    Oxunub:299
Brüssel Ağ Evin yeni administrasiyasının ABŞ-nin Rusiyaya qarşı sanksiyalarını ləğv edə bilməsinin nəticələrini öyrənir.
AzVision.az xəbər verir ki, 3 məlumatlı mənbəyə istinad edən “Financial Times” qəzetinin yazdığına görə, Avropa Komissiyasının yüksək vəzifəli məmurları prezident Co Bayden dövründə Rusiyaya və Rusiya şirkətlərinə qarşı tətbiq edilən, o cümlədən ticarət və təhlükəsizliklə bağlı fərman və sanksiyaların təhlil olunmasını tapşırıblar. Analitiklərin vəzifəsi hansı qərarların ləğvinin Avropa İttifaqı (Aİ) üçün daha vacib ola biləcəyini öyrənməkdir.

“Brüssel qorxur ki, belə addımların Avropadakı müttəfiqlərinə təsirini nəzərə almadan Tramp bu qərarları sadəcə Bayden qəbul etdiyi üçün ləğv edə bilər. Bununla o, beynəlxalq əlaqələri və ticarəti potensial olaraq yüksəldə bilər. Eyni zamanda, Aİ rəsmiləri Trampın atəşkəs danışıqlarında potensial alət kimi Rusiyaya qarşı sanksiyaları davam etdirəcəyinə ümidliridrlər", - materialda vurğulanır.

Nəşr qeyd edir ki, bir qayda olaraq, yeni prezident vəzifəsinin icrasına başladıqdan dərhal sonra digər partiyanı təmsil edən sələfinin fərmanlarına yenidən baxır. Məsələn, 2017-ci ildə Tramp sələfi Barak Obamanın Kuba ilə münasibətlərdə başlatdığı “mülayimləşmə” siyasətinə son qoydu və Paris İqlim sazişindən çıxdı. Bir il sonra isə o, Obama administrasiyasının vasitəçiliyi ilə İranla bağlanmış nüvə problemi üzrə müqavilədə ABŞ-nin iştirakına xitam verdi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Avropa   Rusiya  





Xəbər lenti