Azercell qadınların təhsil imkanlarını genişləndirən layihəyə dəstək oldu

Proqram qaliblərindən biri olan “Huma Quşu” təhsilə yardım fondu həssas qruplardan olan gənc qadınlar üçün daha geniş təhsil imkanları yaratmağı hədəfləyən təqaüd proqramını elan edir.
“Huma Quşu” proqramının əsas məqsədi qadınların təhsilə çıxışını asanlaşdırmaqla onların sosial fəallığını artırmaq, cəmiyyətdə mövqelərini gücləndirmək və rifahlarını yüksəltməkdir. 2022-ci ildən ildən etibarən fəaliyyət göstərən “Huma Quşu” təhsilə yardım fondu bugünədək 30 tələbəyə təhsil almağa dəstək olub. Yeni proqram çərçivəsində 5 namizədin təhsil xərclərinə dəstək göstərilməsi planlaşdırılır.
“Huma Quşu” təqaüd proqramına həm Azərbaycanda, həm də xaricdə bakalavr və magistratura pillələrində təhsil alan 16-35 yaş arası gənc qızlar və qadınlar müraciət edə bilərlər. Müraciət üçün tələb olunan sənədləri [email protected] ünvanına fevral ayının 20-dək göndərmək tələb olunur.
Ətraflı məlumat əldə etmək üçün https://humagushu.az/ səhifəsinə keçid edə bilərsiniz.
AzVision.az
Teqlər: