Biləsuvarda qanunsuz ov edən ərəblər saxlanılıb

Biləsuvarda qanunsuz ov edən ərəblər saxlanılıb
  26 Fevral 2025    Oxunub:339
Biləsuvarda qanunsuz ov edən əcnəbilər saxlanılıb, hər biri 2 min manat cərimələnib.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Xidmət əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı rayon ərazisində qanunsuz ov edən xarici ölkə vətəndaşları saxlanılıb.

Araşdırma zamanı onların Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları Matar Mohammed Karam Al Mandoos Alblooshi və Obaid Juma Obaid Zayed Alketbi olduğu müəyyən edilib.

Faktla bağlı inzibati protokol tərtib edilərək qanun pozucularının hər birinə 2 min manat məbləğində cərimə tətbiq olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti