Özbəkistanla ticarət dövriyyəsi ötən il 41 % artıb

Özbəkistanla ticarət dövriyyəsi ötən il 41 % artıb
  26 Fevral 2025    Oxunub:345
Ötən il Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 252 milyon 57,46 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin göstəricisindən 41 % çoxdur.
AzVision.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, Özbəkistandan Azərbaycana ixracın dəyəri 211,716 milyon ABŞ dollarına (+1,6 dəfə), Azərbaycandan Özbəkistana idxalın dəyəri isə 40,34 milyon ABŞ dollarına (-14,4 %) bərabər olub.

Özbəkistan mallarının Azərbaycana ixrac strukturunda aparıcı məhsullar aşağıdakılardan ibarət olub: digər çəkməli tütün (tərkibində tütün əvəzediciləri olan və ya olmayan) – 20,5 milyon ABŞ dolları dəyərində 686,39 ton; saflaşdırılmış misdən digər məftillər – 19,7 milyon ABŞ dolları dəyərində 2 min 67,62 ton; minik avtomobilləri üçün kuzovlar – 19,3 milyon ABŞ dolları dəyərində 3 min 723 ədəd; yerüstü nəqliyyat vasitələri üçün qığılcımla alışan daxili yanma mühərrikləri (silindrinin işçi həcmi 1000 kubsantimetrdən çox olan) – 14,3 milyon ABŞ dolları dəyərində 3 min 681 ədəd və s.

Azərbaycandan Özbəkistana əsasən 13,3 milyon ABŞ dolları dəyərində 15 min 899,89 ton ağ şəkər və kimyəvi tərkibinə görə təmiz saxaroza; 8 milyon ABŞ dolları dəyərində 2 min 728 ton işlənməmiş alüminium ərintiləri; 2,2 milyon ABŞ dolları dəyərində 2 min 389,54 ton alma; 1,26 milyon ABŞ dolları dəyərində 536,9 ton qabıqlı fındıq; 1,07 milyon ABŞ dolları dəyərində 502,3 ton susuz mühitdə həll edilmiş boyalar və laklar idxal edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti