DYP hava ilə bağlı müraciət edib

   DYP hava ilə bağlı müraciət edib
  26 Fevral 2025    Oxunub:338
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi davam edən əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
AzVision.az xəbər verir ki, müraciətdə deyilir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bu gün axşamdan başlayaraq fevralın 27-dək ölkə ərazisində havanın küləkli olacağı, fasilələrlə sulu qar və qar yağacağı gözlənilir.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi ötən həftədən yağan qarın yollarda yaratdığı çətinliklərin hələ də aradan qalxmadığını xatırladır, bununla yanaşı verilən hava proqnozu ilə əlaqədar bir daha sürücülərə müraciət edərək onları zəruri ehtiyat tədbirləri görməyə, yolların sürüşkənliyini nəzərə almağa, sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, qış mövsümü üçün hazırlıqsız olan avtomobillərdən mümkün qədər istifadə etməməyə çağırır.

Yol polisi əlverişsiz hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda daha məsuliyyətli olmağa çağırır.

AzVision.az



Teqlər:





Xəbər lenti