Bakıda havaya görə 45 yol qəzası olub

   Bakıda havaya görə 45 yol qəzası olub
  27 Fevral 2025    Oxunub:451
Bakıda qarlı hava şəraiti ilə əlaqədər indiyə qədər 45 qəza baş verib .
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat verib. Bildirilib ki, yolların buz bağlaması yol-nəqliyyat hadisələrinin baş verməsinə, texniki nasaz avtomobillərin yolda qalması sıxlıqların yaranmasına səbəb olub.

"Paytaxt ərazisində qarlı və küləkli hava şəraitinin olduğu gündən 26 fevral tarixinə qədər NİİM-in müşahidə kameralarının təsir zonasında 45 qəza baş verib, 61 texniki nasaz avtomobil yolda qalıb. Müvafiq tədbirlər görülməsi üçün dərhal Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına məlumat verilib".

AzVision.az


Teqlər:





Xəbər lenti