Dövlət Agentliyi ötən il 161 rəqabət pozuntusu müraciətini araşdırıb

Dövlət Agentliyi ötən il 161 rəqabət pozuntusu müraciətini araşdırıb
  14 Mart 2025    Oxunub:479
2024-cü ildə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 161 rəqabət pozuntusu müraciətini araşdırıb.
Bu barədə Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında məlumat verilib. Sənədə əsasən, müraciətlərdən 92-si təmin olunub, 53 halda vətəndaşlara izahat və tövsiyələr verilib, 4 müraciət aidiyyəti orqanlara yönləndirilib, 1 müraciət üzrə vətəndaşlara aidiyyəti quruma müraciət etmələri tövsiyə olunub, 6 halda isə tələb olunan sənədlər təqdim edilmədiyi üçün müraciətlərin baxılması dayandırılıb.

Antidemping, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi ilə bağlı 21 müraciətə baxılıb. Onlardan 16 müraciət təmin edilib, 1 müraciət üzrə vətəndaşlara izahat və tövsiyə verilib, 3 halda sənədlər tam təqdim olunmadığı üçün müraciətlərə baxılma dayandırılıb, 1 müraciət isə işə alınıb.

İqtisadi təmərküzləşmə əməliyyatları üzrə 77 müraciət araşdırılıb. Bunlardan 44 müraciət təmin olunub, 1 müraciət əsassız hesab edilib, 5 müraciət üzrə izahat və tövsiyə verilib, 22 halda tələb olunan sənədlər təqdim edilmədiyi üçün baxılma prosesi dayandırılıb.

Agentlik bazarlarda ədalətli rəqabətin təmin edilməsi və istehlakçı hüquqlarının qorunması istiqamətində fəaliyyətini davam etdirir.

AzVision.az



Teqlər:





Xəbər lenti