XİN Qırğızıstan-Tacikistan sərhəd anlaşmasını alqışlayır

XİN Qırğızıstan-Tacikistan sərhəd anlaşmasını alqışlayır
  15 Mart 2025    Oxunub:476
Azərbaycan Qırğızıstan ilə Tacikistan arasında sərhədin delimitasiyası və demarkasiyası haqqında sazişin imzalanmasını alqışlayır.
AzVision.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, bu tarixi saziş iki xalq arasında dostluq əlaqələrini, Mərkəzi Asiyanın sabitliyi və çiçəklənməsini daha da gücləndirəcək mühüm addımdır.

"Bu mühüm nailiyyət münasibətilə hər iki qardaş ölkəni ürəkdən təbrik edirik" - XİN-in paylaşımında vurğulanıb.
AzVision.az



Teqlər:





Xəbər lenti