Qarabağ Universitetində Novruz bayramı münasibətilə tədbir keçirilib

Tədbir rəsmi hissənin ardından bədii proqramla davam edib. Proqramda Qarabağ Universitetinin tələbələri tərəfindən milli rəqslər və Novruz bayramına aid adət-ənənələri əks etdirən səhnəciklər təqdim olunub. Bundan əlavə, tədbirdə müəllim və tələbələrin ifasında milli mahnılar səsləndirilib.
Sonda bayram tonqalının ətrafında universitetin müəllim və tələbə heyətinin iştirakı ilə yallı təşkil edilib.
Teqlər: