Avtovağzalda son iki ilin rekord göstəricisi qeydə alınıb

Avtovağzalda son iki ilin rekord göstəricisi qeydə alınıb
  20 Mart 2025    Oxunub:504
Ötən gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 386 reys həyata keçirilib və 14 000-dən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu, son iki ilin rekord göstəricisidir.
Bu barədə APA-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Qeyd olunub ki, adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 150 reys həyata keçirilib.

Sərnişinlərin 45%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb: "Bayram günlərində paytaxtdan bölgələrə və əks istiqamətə sərnişin axınının çox olduğu nəzərə alınaraq, vətəndaşlara biletlərini əvvəlcədən onlayn qaydada əldə etmələri tövsiyə olunur".

AzVision.az


Teqlər:





Xəbər lenti