Bakıda gələn aydan “böyük söküntü” başlayacaq - VİDEO

Bakıda gələn aydan “böyük söküntü” başlayacaq    - VİDEO
  22 Mart 2025    Oxunub:838
Aprel ayından etibarən paytaxtın “'Sovetski” adlanan ərazisində söküntünün 4-cü mərhələsinin başlanacağı ehtimal olunur.
AzVision.az Xəzər telekanalına istinadən məlumat verir ki, əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, hazırda Bakıda söküntü işləri əsasən iki formada aparılır. Bunlardan biri torpaqların dövlət ehtiyacları üçün alınması, digəri isə özəl sektor tərəfindən qəzalı vəziyyətdə olan tikililərin sökülərək yeniləri ilə əvəzlənməsidir.

Ekspertin sözlərinə görə, qaydalara əsasən, vətəndaşlara evləri söküldükdən sonra yeni tikilən binada mənzillərlə təmin olunana qədər kirayə pulları və köç xərcləri tikinti şirkəti tərəfindən ödənilməlidir. Ekspert, həmçinin, bildirib ki, söküntü işləri bazara təsirsiz ötüşməyəcək.

Xatırladaq ki, söküntü işləri çərçivəsində tarixi-memarlıq abidələrinə toxunulmayacaq.


AzVision.az


Teqlər: Bakı   "Sovetski"   söküntü  





Xəbər lenti