HƏMAS Qəzza ilə bağlı razılaşmaya hazırdır

HƏMAS Qəzza ilə bağlı razılaşmaya hazırdır
  02 May 2025    Oxunub:938
HƏMAS Qəzza zolağında atəşkəs sazişi bağlamağa hazır olduğunu təsdiqləyib və hazırda İsrail tərəfinin addımını gözləyir.
AzVision.az xəbər verir ki, məsələ ilə bağlı hərəkatın liderlərindən olan Abdel Rəhman Şədid “əl-Cəzira” telekanalına məlumat verib.

"HƏMAS israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı sazişə hazırdır və artıq bununla bağlı təklifini təqdim edib. Lakin İsrail danışıqların uğuruna mane olur", - Şədid bildirib.

Hərəkat həmçinin İsraillə razılaşma çərçivəsində Qəzza zolağında 5 illik atəşkəs tələb etdiyini rəsmən təsdiqləyib.


Teqlər: HƏMAS  





Xəbər lenti