Yaralı köçkünlərin vəziyyəti necədir? - Açıqlama

Yaralı köçkünlərin vəziyyəti necədir? - Açıqlama
  09 Sentyabr 2014    Oxunub:2062
Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində yaralanan şəxslərdən ikisi reanimasiya şöbəsinə yerləşdirilib.
Bunu AzVision.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, həmin şəxslərdən biri 42 yaşlı Vidadi İsmayılov ikinci-üçüncü dərəcəli yanıq xəsarətləri alıb və vəziyyəti ağır olaraq qalır.

“Hazırda həmin şəxs Respublika Yanıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Demək olar ki, bədəninin 90 faizi yanıb”.

A.Qədirli qeyd edib ki, digər xəsarət alanlar isə palataya köçürülüb və palata şəraitində müalicələri davam edir. Onun sözlərinə görə, 2010-cu il təvəllüdlü Abdullayeva Aytac isə artıq dünən evə buraxılıb.

Xatırladaq ki, dünən Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış baş verib və nəticədə binann bir bloku uçub. FHN-nin xilasediciləri tərəfindən dağıntılar altından yaralanan 9 nəfər və vəfat etmiş 3 nəfər çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti