Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti vəfat etdi
  13 Sentyabr 2014    Oxunub:3510
Azərbaycanın xalq artisti və Rusiyanın əməkdar artisti, pianoçu Tamilla Mahmudova dünyasını dəyişib.
AzVision.az AzərTac-a istinadən xəbər verir ki, “Şöhrət”ordenli, Moskva Dövlət Pedaqoji Universitetinin musiqi fakültəsinin professoru ömrünün 84-cü ilində vəfat edib.

Qeyd edək ki, Tamilla Mahmudova Azərbaycanda doğulub, ilk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi məktəbdə, məşhur pedaqoq, professor K. Səfərəliyevanın sinfində alıb. Moskva konservatoriyasını və professor Y. Zakın sinfində aspiranturanı bitirib.

Rusiyada və xarici ölkələrdə dinləyicilər T. Mahmudovanı geniş diapazonlu ifaçı kimi yaxşı tanıyırdılar. Onun repertuarına Qərbi Avropa və rus klassik bəstəkarlarının ən mürəkkəb, virtuoz əsərləri daxil idi.

Lakin Azərbaycan bəstəkarları Ü. Hacıbəyli, Q. Qarayev, F. Əmirov, A. Məlikov və A. Sultanovanın musiqisi T. Mahmudovanın konsert proqramlarında həmişə xüsusi yer tuturdu. Sənətçi bu bəstəkarların əsərlərini daim xüsusi şövqlə ifa və təbliğ edirdi.


Teqlər:





Xəbər lenti