42 yaşlı kişi nazirliyi ayağa qaldırdı

42 yaşlı kişi nazirliyi ayağa qaldırdı
  14 Sentyabr 2014    Oxunub:1731
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1972-ci il təvəllüdlü bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olublar.

Mənzilə baxış keçirilərkən vətəndaş yatmış vəziyyətdə aşkar edilib. Əməliyyat saat 18:11-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti