16 yaşlı oğlan kanalda batdı

16 yaşlı oğlan kanalda batdı
  16 Sentyabr 2014    Oxunub:1321
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şirvan şəhər ərazisində su kanalında (ən yaxın xilasetmə məntəqəsindən 10 km aralıda) 1998-ci il təvəllüdlü İbadov Bəhruz Hüseyn oğlu çimərkən batıb.
Dərhal FHN-nin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. B.İbadovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 100 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 20:05-da başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti