Bakı Slavyan Universiteti məhkəməyə verildi

Bakı Slavyan Universiteti məhkəməyə verildi
  16 Sentyabr 2014    Oxunub:4863
Azərbaycanda tələbə təhsil aldığı universiteti məhkəməyə verib.
Bu barədə AzVision.az-a Bakı Apellyasiya Məhkəməsindən məlumat verilib. Bildirilib ki, tələbə Nərgiz Həsənova Bakı Slavyan Universitetini məhkəməyə verib.

Onun bu addımı atmasının səbəbi isə ödənilmiş təhsil haqqının geri qaytarılmasını istəməsi olub.

Qeyd edilib ki, bu proseslə bağlı ilk iclas Nəsimi rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilib və məhkəmə tələbənin lehinə qərar verməyib.

Bundan sonra isə N.Həsənova Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. İlk iclas sentyabrın 10-da keçirilsə də, məhkəmə təxirə salınıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti