Azərbaycanda qar yağacaq

Azərbaycanda qar yağacaq
  17 Sentyabr 2014    Oxunub:2121
Yaxın 3 gün ərzində Azərbaycanda əlverişsiz, qeyri-sabit hava şəraiti davam edəcək və gecə saatlarında Böyük Qafqazın yüksək dağlıq ərazilərinə sulu qar və qar yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə açıqlamasında deyib ki, sentyabrın 18, 19 və 20-də gecə saatlarında həmin ərazilərdə yağıntıların sulu qar və qar şəklində olacağı gözlənilir. Çünki havanın temperaturu ötən günlərlə müqayisədə xeyli - 10 dərəcəyə kimi enəcək. Həmin ərazilərdə payız aylarında qarın yağması indiyədək müşahidə olunan prosesdir və anormal deyil. Qar insanların yaşadığı ərazilərə yağmayacaq.

U.Tağıyevanın sözlərinə görə, qeyri-sabit hava şəraiti sentyabrın ikinci ongünlüyünün sonuna kimi davam edəcək. Bu müddətdə ölkə ərazisinə yağıntılar düşəcək. Sabah günün ikinci yarısında - axşama doğru külək bir qədər mülayimləşəcək, şimal-şərq küləyinə keçəcək. Gün ərzində tutqun hava şəraiti rayonlarda və paytaxtda müşahidə ediləcək. Respublikanın rayonlarında yağıntılar intensiv olacaq. Bakı və Abşeron yarımadasında da yaxın 2 gün ərzində fasilələrlə arabir yağış yağacağı ehtimal olunur. Yaxın 2-3 gün ərzində Bakı və Abşeron yarımadasında temperatur 20-24 dərəcə olacaq.


Teqlər:





Xəbər lenti