Azərbaycan diasporunun veteranı vəfat etdi

Azərbaycan diasporunun veteranı vəfat etdi
  18 Sentyabr 2014    Oxunub:1536
Fransadakı Azərbaycan diasporunun yaranmasında, formalaşmasında fəal iştirak etmiş və silinməz izlər buraxmış soydaşımız Qədir Süleymanov dünyasını dəyişib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 1917-ci ildə İrəvanda anadan olan Q.Süleymanov II dünya müharibəsi zamanı sovet ordusu sıralarında vuruşub, yaralanıb və əsir düşüb. Bir müddət əsir düşərgələrində qaldıqdan sonra Almaniyaya səfər edən Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın müdaxiləsi ilə əsirlikdən azad edilib.

Müharibə başa çatdıqdan sonra isə Q.Süleymanov Fransanın paytaxtı Parisdə qalmağa qərar verib. O, Fransanın azadlığı uğrunda göstərdiyi şücaətə görə Fransa hökuməti tərəfindən bir çox mükafatlarla təltif olunub.

Vətənindən ayrı düşmüş Q.Süleymanov yalnız 33 il sürən həsrətdən sonra doğma torpağına qovuşa bilib.

Q.Süleymanov 1989-cu ildə Fransada Azərbaycan Evinin əsasını qoyanlardan biri, bu ölkədəki Azərbaycan diasporunun ən fəal üzvlərindən idi.

Q.Süleymanov sentyabrın 19-da son mənzilə yola salınacaq. O, Parisdəki Monparnas məzarlığında torpağa tapşırılacaq.


Teqlər:





Xəbər lenti