10 ildə bizi gözləyən texnoloji yeniliklər – PROQNOZ

10 ildə bizi gözləyən texnoloji yeniliklər – PROQNOZ
  27 Fevral 2015    Oxunub:6929
Artiq virtual reallıq dövrünə daxil oluruq. 2 ildən sonra indiki texnologiyalar sizə 10 il əvvəlki texnoloji inkişaf kimi köhnəlmiş görsənəcək. Səbəb isə texnologiyanın eksponensial inkişafı və rəqabətdir.

5 il sonra kompüter, smartfon, kino, musiqi... hamısı virtuallaşacaq. Kinoteatrlarda böyük ekranlar individual virtual eynəklərlə əvəz olunacaq. Bu eynəklərdə hiroskop sayəsində siz kinoda 270 dərəcəlik bucaqla ətrafı izləyə, filmə 270 dərəcəlik bucaq altında baxa biləcəksiz.

Komputerlər, oyunlar, sosial şəbəkələrdə ünsiyyət virtual eynəklərlə əvəz olunacaq. Yazmağa ehtiyac olmayacaq, sözləri demək bəs edəcək ki, süni intellekt onu asanlıqla yazıya çevirsin. İnsanların istirahəti virtual eynəklərlə baş verəcək.

Qarşıda gələn 3 ildə smartfon erasının bitdiyini və yeni növ smart texnologiyanın - smart eynəklər dövrünün başlamasının şahidi olacaqsız. 3D texnologiyalar sayəsində bütünlüklə virtual reallığa qapılacağıq.

10 il sonra nə narkotikaya ehtiyac qalacaq, nə də seksə. Rəqəmsal narkotiklərin, rəqəmsal fahişələrin satışı çoxalacaq. Rahatlıqla virtual reallıq sayəsində istənilən hissləri, həzzi virtualda yaşaya və bunun sayəsində braingasm ola biləcəksiz.

İnsanlar gündəlik həyatın çox hissəsini virtual dünyada keçirəcək. Necə ki, indiki dövrümüzdə gündəlik həyatımızın çox hissəsini internet təşkil edir, eynilə virtual reallıq 10 ildən sonra 24 saatımızın 8-12 saatını alacaq.

Ünsiyyət üçün artıq yazmağa, danışmağa da ehtiyac qalmayacaq. Fikirlərinizi oxuya biləcək texnologiyalar, beyin dalğalarının analizi nəticəsində süni intellekt sizin qarşı tərəfə nə demək istədiyinizi çatdıracaq. Bir növ, ürəyinizdə dediyiniz sözü, cümləni qarşı tərəfə çatdıracaq.

İnsanların işləri də virtuallaşacaq. Bütün iş sahələrində robotlaşma, avtomatlaşdırma sayəsində insanlar fiziki işdən ayrılaraq, əqli işə, virtual idarəetməyə yönələcək.

10 il sonranın ustası virtual eynəklə 3D-printeri idarə edərək, binalar tikə biləcək. Əksər insanlar frilanser olaraq, evdən işləyəcəklər. Qazancları virtual pullarla əvəz olunacaq. Məsələn, bu gün mövcud olan `bitcoin` kimi...

Asif Eminov


Teqlər:  





Xəbər lenti