Avropa Məhkəməsi Cümə Məscidinə “yox” dedi
Eyni zamanda 2004-cü ilin yanvar ayında İçəri Şəhər Dövlət Tarixi-Memarlıq Qoruğu ərizəçilərə məktub göndərərək, onlardan on beş gün ərzində məscidi boşaltmalarını tələb etmiş və Səbail Rayon Məhkəməsində müraciət edərək, dini icmanın Cümə Məscidindən çıxarılması barədə qərar qəbul etməyi xahiş etmişdi. Məhkəməyə müraciətində İçəri Şəhər Dövlət Tarixi-Memarlıq Qoruğu binanın sahibi olduğunu iddia edərək, dini icmanın rəsmi qeydiyyatdan keçmiş dini qurum olmadığını və onun Cümə Məscidinə icarə və ya hər hansı digər əşya hüququnun olmadığını bildirmişdi. Səbail Rayon Məhkəməsinin 2004-cü il 1 mart tarixli qətnaməsi ilə iddia təmin edilmişdi.
Avropa Məhkəməsinin qərarında qeyd edilir ki, ərizəçilər dini icmanın qeydiyyata alınmaması ilə əlaqədar Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmədiyinə görə, dövlətdaxili hüquq müdafiə vasitələri tükənməyib və bu səbəbdən şikayət Konvensiyanın 35-ci maddəsinin 1-ci və 4-cü hissələrinə əsasən rədd edilməlidi.
Digər tərəfdən, Avropa Məhkəməsi bildirib ki, dini icmanın hər hansı qanuni istifadə hüququ olmadığı binadan çıxarılması ərizəçilərin Konvensiyanın 11-ci maddəsi nəzərə alınmaqla təfsir edilən 9-cu maddəsinin təmin etdiyi dini azadlıq hüququna əsassız müdaxilə hesab oluna bilməz.
Beləliklə, bu şikayət açıq-aşkar əsassız olduğu üçün 35-ci maddənin 3-cü hissəsinə əsasən qəbuledilməzdir və Konvensiyanın 35-ci maddəsinin 4-cü hissəsinə əsasən rədd edilməlidir.
Ərizəçilər həmçinin Konvensiyanın 6-cı və 13-cü maddələrinə əsasən məhkəmələrin müstəqil və qərəzsiz olmadığından və ölkədaxili proseslərin “ağlabatan müddət” tələbi pozulmaqla həyata keçirildiyindən şikayət edərək, bu proseslərin “Azərbaycan məhkəmələri üçün normal sayılan vaxtdan daha qısa müddət ərzində” davam etdiyini bildirib, Konvensiyanın 9, 10 və 11-ci maddələri ilə birlikdə 14-cü maddə əsasında şikayət edərək dini etiqadlarına və siyasi baxışlarına görə ayrı-seçkiliyə məruz qalmalarından şikayət ediblər.
Avropa Məhkəməsi işdə olan bütün materialları nəzərə alaraq, ərizənin bu hissəsində Konvensiyanın pozuntusunu müəyyən etməyib. Buna görə də o, açıq-aşkar əsasız olduğu üçün 35-ci maddənin 3-cü hissəsinə əsasən qəbul olunmayıb və Konvensiyanın 35-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq rədd edilib.