Güləşçimiz dünya üçüncüsü oldu

Güləşçimiz dünya üçüncüsü oldu
  01 Avqust 2019    Oxunub:2113
Azərbaycan güləşçisi Murad Haqverdiyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Azvision.az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, yarışda 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizə aparıblar.

Pəhləvanımız Murad Haqverdiyev (45 kq) dünya çempionatına inamlı qələbə ilə başlayıb. Avropa Gənclər Olimpiya Festivalının qalibi ilk görüşdə Gürcüstan idmançısına 10:0 hesabı ilə vaxtından əvvəl qalib gəlib. Rusiyalı rəqibi üzərində də əzmkar qələbə qazanan M.Haqverdiyev adını yarımfinala yazdırıb - 9:4. Ancaq bu mərhələdə iranlı güləşçiyə 0:5 hesabı ilə uduzan Murad iyulun 31-də bürünc medal uğrunda mübarizə aparıb. Qırğızıstan təmsilçisi ilə görüşdə əzmkar mübarizə ortaya qoyan Gəncə güləş məktəbinin yetirməsi son saniyələrdə icra etdiyi fəndlə hesabda önə keçərək dünya üçüncüsü olub - 10:8.

Güləşçimiz Fərhad Kərimli (60 kq) ilk görüşdə çətinlik çəkmədən makedoniyalı həmkarını üstələyib - 11:0. Həmyerlimiz dörddəbir finalda ABŞ idmançısını da məğlub edərək yarımfinala yüksəlib - 8:1. Ancaq finalın bir addımlığında İran təmsilçisinə 2:12 hesabı ilə məğlub olan F.Kərimli iyulun 31-də üçüncü yer uğrunda da güləşə bilməyib. F.Kərimli zədələndiyi üçün çempionatı medalsız başa vurub.

Azvision.az


Teqlər: Güləş  





Xəbər lenti