Zelenski G20 sammitində iştirak etmək üçün şərtlərini açıqladı
"Mən G-20 sammitində iştirak etmək üçün şəxsi dəvətinizə görə sizə minnətdaram və təbii ki, bu təklifi qəbul edirəm. Ukraynanın iştirakı Ukraynadakı təhlükəsizlik vəziyyətindən və sammit iştirakçılarının tərkibindən asılı olacaq", - deyə Zelenski bildirib.
Qeyd edək ki, Coko Vidodo çərşənbə günü Kiyevə gəlib. O, daha sonra Moskvaya səfər edəcək.
G20 sammiti noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək.
AzVision.az
Teqlər: