Qrossi yenidən Zaporojye AES-ə baş çəkə bilər

   Qrossi yenidən Zaporojye AES-ə baş çəkə bilər
  05 Oktyabr 2022    Oxunub:269
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi yenidən Zaporojye AES-ə baş çəkəcəyini istisna etməyib. O, bu barədə İrəvan Dövlət Universitetində tələbələrlə görüşündə məlumat verib.
"Bizim görüşümüzdən dərhal sonra Ukrayna hökumətinin dəvəti ilə mən Kiyevə, oradan da Moskvaya gedəcəm”, o deyib.

Qrossi Zaporojye atom elektrik stansiyasına baş çəkəcəyini istisna etməyib. Lakin Qrossi ilk növbədə nüvə stansiyaları ətrafında təhlükəsizlik zonasının yaradılması ilə bağlı müzakirələr aparacaq.

"Zaporojye AES-də baş verən fəlakət onsuz da gərginlik içində olan dünyada son damla ola bilər. Hərbi münaqişələr zamanı nüvə obyektlərinin təhlükəsizliyinə təhlükə yaranmamalı və nüvə müharibəsi ehtimalı istisna edilməlidir.

Baş direktorunun fikrincə, münaqişə zonasına yaxın atom elektrik stansiyalarının ətrafında təhlükəsizlik zonası yaratmaq lazımdır. Kiyevdə o, bu məsələ ilə bağlı Ukrayna hökuməti ilə danışıqları davam etdirəcək.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti