Rusiyadan İtaliyaya təbii qaz nəqli bərpa edilib

Rusiyadan İtaliyaya təbii qaz nəqli bərpa edilib
  05 Oktyabr 2022    Oxunub:498
Rusiya təbii qazının İtaliyaya nəqlinin bu gündən etibarən bərpa olunduğu bildirilib.
Bu barədə Rusiyanın “Gazprom” şirkəti məlumat yayıb. Bildirilib ki, Rusiya qazının Avstriya üzərindən İtaliyaya nəqli bərpa olunub və tədarükün davam etdirilməsi ilə bağlı tərəflər arasında həll yolu tapılıb. Avstriyadakı operator “Gazprom”a daşımalarla bağlı icazə verib və beləliklə, İtaliyaya qaz tədarükü bərpa edilib.

Xatırladaq ki, Rusiya qazının İtaliyaya nəqli Avstriyada sanksiyalar səbəbindən qəbul edilən yeni qanunvericiliklə bağlı yaranan problemlərə görə oktyabrın 1-də dayandırılmışdı.

AzVision.az



Teqlər:





Xəbər lenti