Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsinə başlanılır

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsinə başlanılır
  18 Noyabr 2022    Oxunub:292
Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsinə start verilir.
Elm və Təhsil Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, müsabiqədə iştirak etmək istəyən şəxslər https://miq.edu.az/qy/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qarşılıqlı yerdəyişmə üçün istifadəyə verilən sayt tədris ili ərzində aktiv olacaq və namizədlər bu müddət ərzində sayta daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə dövlət ümumi təhsil müəssisələrində əsas iş yeri üzrə müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və həmin iş yeri üzrə minimum 5 saat dərs yükünə sahib olan şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün namizədlərin müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanı nəticəsinin minimum 30 bal olması vacibdir.

AzVision.az

Teqlər:







Xəbər lenti