4 nəfər dəm qazından zəhərlənib, ölən var

 4 nəfər dəm qazından zəhərlənib, ölən var
  23 Noyabr 2022    Oxunub:532
Gəncə şəhərində 4 nəfər mənzildə dəm qazından zəhərlənib, onlardan biri ölüb.
AzVision.az -ın məlumatına görə, 2000-ci il təvəllüdlü Musayeva Zəhra Rəsul qızı xəstəxanaya aparılsa da, dünyasını dəyişdiyi məlum olub.

Bildirilib ki, 2015-ci il təvəllüdlü Musayeva Zeynəb Rəsul qızı, 2018-ci il təvəllüdlü Musayeva Dərya Tural qızı və 2019-cu il təvəllüdlü Musayeva Fatimə Tural qızı Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib, vəziyyətləri kafi və orta ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.(report)


Teqlər:





Xəbər lenti