"Ukraynada kimyəvi silahdan istifadə edilə bilər" - Politico

"Ukraynada kimyəvi silahdan istifadə edilə bilər" -    Politico
  24 Noyabr 2022    Oxunub:417
Rusiya prezidenti Vladimir Putin Ukraynada mövqeləri itirməkdə davam edəcəyi təqdirdə, NATO ilə nüvə qarşıdurmasına getməzdən əvvəl ilk növbədə Ukraynada kimyəvi silahdan istifadə edə bilər.
AzVision.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Müəllif iddia edir ki, belə bir qiymətləndirməni ABŞ prezidenti Co Bayden administrasiyasının rəsmiləri aparıblar. Onlar altı nəfərdir.

Adının açıqlanmasını istəməyənlər arasında ABŞ rəsmiləri ilə yanaşı Müdafiə Nazirliyinin nümayəndələri də var. Lakin ABŞ-ın rəsmi şəkildə Ukraynada belə bir dəhşətli hücumun qaçılmaz olduğunu söyləmək üçün heç bir kəşfiyyat məlumatı da yoxdur. ABŞ Müdafiə Nazirliyinin bir çox rəsmiləri hesab edirlər ki, qış aylarında döyüşlər dayanacaq və tərəflərdən heç biri hansısa yeni mövqeləri ələ keçirə bilməyəcək.

Tural Tağıyev
AzVision.az

Teqlər:







Xəbər lenti