Dövlət Departamentində Novruz bayramı qeyd olunub

   Dövlət Departamentində Novruz bayramı qeyd olunub
  22 Mart 2023    Oxunub:928
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın ABŞ-dakı səfirlikləri Novruz bayramını birlikdə qeyd ediblər.
Bu barədə AzVision.az -a Azərbaycanın ABŞ-dakı səfirliyindən bildirilib. Bununla bağlı keçirilən mərasimdə ölkələrin milli musiqisi və rəqsləri ifa olunub. Mərasimdə mədəniyyət nümunələri - xalçalar, musiqi alətləri, milli geyimlər, yeməklər nümayiş etdirilib.

“Novruz insanlar, nəsillər arasında sülh və həmrəylik, barışıq və mehriban qonşuluq dəyərlərini təbliğ edən əcdadların bayramıdır”, - səfirlikdən bildirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti