Ərbakanın oğlu Ərdoğanı dəstəklədi

Ərbakanın oğlu Ərdoğanı dəstəklədi
  24 Mart 2023    Oxunub:1299
Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakanın rəhbərlik etdiyi Yenidən Rifah Partiyası "Cumhur İttifaqı"na qoşulub.
AzVision.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilir ki, partiya nümayəndələri ittifaq protokolunu Ali Seçki Komissiyasına təqdim ediblər. Yenidən Rifah Partiyası dördüncü partiya kimi "Cumhur İttifaqı"nın tərkibində seçkilərdə iştirak edəcək.

İndiyədək "Cumhur İttifaqı"nda Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) təmsil olunurdu.

Qeyd edək ki, "Cumhur İttifaqı"nın prezidentliyə namizədi dövlət başçısı Rəcəb Teyyub Ərdoğandır.

AzVision.az


Teqlər:





Xəbər lenti