Partiya sədrinin sözlərinə görə, İranın Azərbaycandakı şəbəkəsi zəiflədilsə də, hələ “beli qırılmayıb”. Vaxtilə Ocaqnecatın əlilə qurulan şəbəkə işləyir və bəzi istiqamətlərdə hələ də kifayət qədər güclüdür. Partiyalarda, media orqanlarında, dini sektorda, təşkilatlarda İran şəbəkəsinə daxil olan strukturlar öz işlərindədirlər.
Cahandar Bayoğlu SEPAH generallarının Azərbaycanda ticarət şəbəkələrinin olduğunu deyib.
O həmçinin bildirib ki, “hər bir SEPAH generalının yanında bir rus generalı da var” və İranın anti-Azərbaycan fəaliyyəti Rusiya ilə koordinasiya olunur.
Teqlər: İran