"Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlara hələ də qayıtmayıb"

   "Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlara hələ də qayıtmayıb"
  25 Mart 2023    Oxunub:854
"Ermənistan nazirinin açıqlamaları növbəti dəfə Ermənistanın sülh sazişi üzrə danışıqlarda nə dərəcədə manipulyasiyalara yol verdiyinin və prosesə qeyri-ciddi yanaşmasının bariz nümunəsidir".
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, sülh sazişi üzrə danışıqların tərəflər arasında razılaşdırılmış formatına və bu danışıqlarda müəyyən qaydalara əməl etməyə dair razılıqlara baxmayaraq, Ermənistan tərəfi dekabr ayında danışıqların növbəti raundunu boykot edib və danışıqları pozub. Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlara hələ də qayıtmayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti