Brazilya Prezidentinin Çin səfəri təxirə salınıb

Brazilya Prezidentinin Çin səfəri təxirə salınıb
  25 Mart 2023    Oxunub:1195
Brazilya Prezidenti Luiz İnasio Lula da Silva səhhətindəki problemə görə Çinə səfərini təxirə salıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Brazilya Prezidentinin mətbuat katibi məlumat verib.

Onun sözlərinə görə, 27-31 mart tarixlərində Çinə planlaşdırılan səfər tibbi səbəblərə görə təxirə salınıb.

Mətbuat katibi kliniki müayinədən sonra Prezident Lulaya A qripinin törətdiyi bakterial və viral bronxopnevmoniya diaqnozu qoyulduğunu və müalicəyə başlanıldığı bildirib.

"Klinik yaxşılaşmaya baxmayaraq, Respublika Rəyasət Heyətinin tibbi xidməti virusun ötürülmə dövrü bitənə qədər Çinə səfəri təxirə salmağı tövsiyə edir", mətbuat katibi deyib.

AzVision.az



Teqlər: Braziliya   Çin  





Xəbər lenti