Yaponiya 4 il ərzində gəmilərə “Tomaqavk” raketləri quraşdırmaq istəyir

Yaponiya 4 il ərzində gəmilərə “Tomaqavk” raketləri quraşdırmaq istəyir
  25 Mart 2023    Oxunub:909
2027-ci maliyyə ilinə qədər Yaponiya hakimiyyəti “Aegis” kompüter izləmə və yönləndirmə sistemləri ilə təchiz edilmiş bütün esmineslərini Amerika istehsalı olan “Tomaqavk” qanadlı raketlərini daşıya bilmələri üçün təkmilləşdirməyi planlaşdırır.
AzVision.az bu barədə xarrici KİV-a istinadən xəbər verir.

Bu addımın yenilənmiş milli təhlükəsizlik strategiyası fonunda ölkənin Özünümüdafiə Qüvvələrinin əks-hücum potensialının inkişafı çərçivəsində atılacağı qeyd edilib.

Yaponiyanın səkkiz “Aegis” ilə təchiz olunmuş esminesi var və yaxın illərdə Tokio onların sayını 10-a çatdırmağı planlaşdırır.

Qeyd edək ki, Yaponiya hökuməti Amerika istehsalı olan “Tomaqavk” qanadlı raketlərini almaq təklifi ilə ABŞ-a müraciət edib. Rəsmi Vaşinqton bu təklifə müsbət reaksiya verib və tədarüklə bağlı danışıqlar artıq son mərhələyə qədəm qoyur.

AzVision.az



Teqlər: Yaponiya   Tomoqavk  





Xəbər lenti